Sentyabrın 6-sında Xəzər TV-də rejissor Rasim Ocaqovun “Həm ziyarət, həm ticarət” filminin nümayişi zamanı, filmə müdaxilə olunaraq, dialoqun bir hissəsinin kəsildiyi faktı qeydə alınıb. Kinorejissorlar Gildiyasının mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, faktla bağlı, Xəzər TV-yə müraciət olunub.
“Kanalın “Proqramların monitorinqi xidməti”nin Baş mütəxəssisi Vüsalə xanım bu faktı araşdıraraq bildirib: “Efirdə gedən filmin nüsxəsi Gildiyadan götürülməyib və nümayiş olunan film telekanalın arxivində olan nüsxədən istifadə olunduğundan, filmə müdaxilə kim tərəfindən, nə vaxt və nə səbəbdən baş verdiyini müəyyənləşdirmək mümkün olmayıb”.
Qanunlara və qaydalara görə isə istifadəçi (Xəzər TV) filmin nüsxəsini efirə verməzdən əvvəl filmin nüsxəsini müqavilə bağladığı hüquq sahibindən almalı, filmə heç bir müdaxilə olunmadan istifadə etməli və istifadə etdikdən sonra efirə verdiyi nüsxəni müqavilədə göstərilən “efir bildirişi hüququnu aldığı müddətdə saxlamalı və sonra məhv etməlidir”, yəni telekanal, öz istehsalı olmayan filmlərdən arxiv yaratmamalıdır…”- məlumatda qeyd olunur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.