yunanYunanıstan hərbçiləri Bozcaada yaxınlığında türk gəmisinə atəş açıb.

araz.az  APA-ya istinadən bildirir ki bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidməti hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.