Jurnalist Əvəz Zeynallı apellyasiya şikayəti verib.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layicov məlumat yayıb.
O bildirib ki, Ə.Zeynallının həbs edilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti özəl poçt xidmətinə təqdim edilib: “Şikayət sabah Binəqədi Rayon Məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”.
araz.az xəbər portalı
araz.az xəbər portalı.