eynulla

“Dünən Baş Prokurorluq qarşısında dövlət himnini oxuyan bir jurnalistin səs yazısını yayacam. Peşəmizə kölgə salıb jurnalistikanı ucuzlaşdıran bu şəxs bir məmuru təhdid edib, şantaj edir”.

araz.az  Pravda.az-a istinadən xəbər verir  ki,  bunu “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev bildirib.

“İşi araşdırıram. İlanın başını əzməliyik! Başqa yolumuz yox! Əks halda jurnalistikamızın mənən təmizlənməsini və yeni mərhələyə çıxmasını təmin edə bilməyəcəyik!” – E.Fətullayev qeyd edib.

REAL TV-nin rəhbəri Mirşahin Ağayev isə “Gözləyirəm! Formadayam! Təmiz və şəffaf media, Qalib Azərbaycan uğrunda!” qeydini yazaraq münasibət bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.