Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin iclası keçirilib.
araz.az bildirir ki, bu barədə Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, qurumun sədri Vüqar Orucun məruzəsi dinlənilib.
AQC-nin fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub, 28 iştirakçı arasından 16-sı müvəffəqiyyət qazanıb.
Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı iclasda icraçı direksiyanın yaradılması istiqamətində müzakirələrə başlanılması qərara alınıb. İşçi bölgüsü əsasında İdarə Heyətində və Direktorlar Şurasında təmsil olunan şəxslərə müvafiq tapşırıqlar verilib. Oktyabrın əvvəlində Direktorlar Şurasının genişləndirilmiş iclasının keçirilməsi qərara alınıb.
Yekunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə yeni üzv olan “Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma Consulting” qiymətləndirmə şirkətlərinə üzvlük şəhadətnamələri təqdim edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.