Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək.
araz.az TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 77-ci sessiyasının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik”, – Quterreş vurğulayıb.
Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.