Mətbuat Şurası Ali Məclisin iştirakçıları olan üzv təşkilatların siyahısını açıqlamaq barədə, qərar da qəbul edib
Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə
Təşkilat Komitəsinin araz.az-a daxil olan məlumatına görə, bu gün Təşkilat Komitəsinin təşəbbüsü ilə, qurultay iştirakçılarının bir qrupu Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər. Məlumata görə, onlar, tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət ediblər. Həsən bəy Zərdabinin məzarı önündəki çıxışlarda Azərbaycan jurnalistikanın dünəninə və bu gününə nəzər salınan fikirlər bildirilib. Qeyd edilib ki, inkişaf dövrünü yaşayan mediamız tarixi ənənələrinə hər zaman sadiq qalaraq, fəaliyyət göstərib. Azərbaycan jurnalistlərinin qurultayları da müstəqillik dövrünün media tarixinin ənənələrindəndir. Sabah – sentyabrın 24-də bütövlükdə ölkə ictimaiyyəti bu tarixi, cəmiyyət üçün böyük maraq kəsb edən hadisəyə şahidlik edəcək. Qurultayın layiqli şəkildə reallaşdırılması ölkə jurnalistlərinin üzərinə düşən müstəsna missiyadır.
Onu da qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi, Azərbaycan Mətbuat Şurasının Ali Məclisinin iştirakçıları olan üzv təşkilatlarının siyahısını açıqlamaq barədə qərar da qəbul edib. Siyahı Şuranın “presscouncil.az” saytının “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölümündə yerləşdirilib. (https://presscouncil.az/az/qurultay)
Təşkilat Komitəsi həmçinin Mətbuat Şurasının İdarə Heyətinə qurultay nümayəndəsi olmayan namizədlərin də Ali Məclisdə iştirakına şərait yaradılmasını qərara alıb.
Onu da qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr, 2022-ci il tarixdə Muğam Mərkəzində keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Saat 10.00-da isə, qurultay öz işinə başlayacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.