23f724218b52de2bf144dcf1b73e0a21Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodindən rəsmi dəvət alıb. Maraqlıdır ki, Simonyanın belə həssas və İrəvanla Moskva arasında yaranmış soyuq münasibətlər fonunda Rusiyaya çağırılması erməni mediasında birmənalı qarşılanmayıb.

Məsələn, “Hraparak” nəşri yazır ki, ruslar Simonyanı “əməkdaşlığı inkişaf etdirmək üçün” Moskvaya dəvət etsələr də, əslində pərdəarxası qaranlıq məqamlar çoxdur. Rusiyaya könülsüz rəsmi səfərə hazırlaşan Milli Assambleyanın sədrinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Moskvaya yola düşəcək.

“Paşinyan KTMT-dən çıxmağa çalışır” – Erməni qəzetiBəzi məlumatlara görə, dəvətin məqsədi Ermənistanda baş verən son hadisələrlə bağlıdır. Xüsusən də, anti-Rusiya dalğasının artması və İrəvandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı səslənən bəyanatlar bu dəvətin meydana çıxmasına səbəb olub.

Maraqlıdır ki, müəllif Alen Simonyanın simasında hakimiyyətə varis hazırlamağa çalışıldığını da iddia edib. Dünən isə Simonyandan səfərlə bağlı fikirlərini soruşublar. O, səfərin çoxdan planlaşdırıldığını, bunun son reallıqlarla heç bir əlaqəsinin olmadığını, bundan sonra Paşinyana sadiq qaldığını deyib.

“Ermənistan Respublikasının baş naziri vəzifəsinə bir arzulanan namizəd var və ona da səs verilib. Bu gün o, Ermənistan Respublikasının baş naziri vəzifəsini tutur və mən özümü siyasi arenada hazırkı liderimsiz təsəvvür edə bilmirəm”, – Simonyan deyib.

Qeyd edək ki, son iki ayda Ermənistan anti-Rusiya ab-havası artıb. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirilir, hətta yerli mediada Surmaluda baş vermiş partlayışda “rus izləri” axtaran təthlil yazılar dərc edilir. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.