asdaasd 1620x1080

Ötən həftə IV Milli kitab sərgisində yazıçı Əkrəm Əylislinin də imza günü olması sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb oldu.

“Daş yuxular” romanından sonra birmənalı qarşılanmayan yazıçının Milli kitab sərgisində iştirakı oxucularda müxtəlif reaksiya doğurdu. Yazıçıya tənqid edənlər müdafiə edənlərdən qat-qat çox oldu. Bu şəxslərin arasında ziyalılar, tanınmış şəxslər də var idi.
Maraqlıdır, uzun müddətdən sonra belə bir sərgidə iştirak edən yazıçıya yer ayrılmalı idimi?

araz.az bildirir ki,  elə bu sualla da Qazet.az-ın müxbiri Gülnar Süleymanova millət vəkili Fazil Mustafaya müraciət edib.

Deputat bildirib ki, ədəbiyyatla siyasəti və yaxud fərqli düşüncəni bir-birinə qatmaq olmaz:

“Burada söhbət ədəbiyyatdan gedir. Ola bilər ki, onun düşüncəsini kimsə qəbul eləməsin, hansısa bir məclisdə onun çıxışını bəyənməsin, sözünü bəyənməsin. Amma bir sənət adamı, Salman Rüşdi tutaq ki, müsəlmanların bir qisminin xoşuna gəlməyə bilər. Amma Salman Rüşdini Avropa silib atmır.  Bernard Şou Janna Dark haqqında bir əsər yazdı. Bir ingilis bir fransız qəhrəmanını təriflədi və ingilisləri biabır elədi. Amma İngiltərədə heç kim Bernard Şounun əsərlərini yandırmadı. Yəni, bu bir az mədəniyyətlə bağlı bir məsələdir. Siyasi baxış, düşüncə səhv ola bilər. Məsələn, mən də onun siyasi görüşlərini qəbul etmirəm və səhv hesab edirəm. Amma ədəbiyyatçı kimi, yazar kimi Azərbaycan ədəbiyyatında əvəz olunmayan çox nəhəng yazarlardan biridir. Və bunu silmək mümkün deyil. Ona görə də biz malı-mala qatmamalıyıq. Əgər biri çıxıb ədəbiyyyat haqqında bir fikir deyirsə,  ötürmək lazımdı, qoy desin öz fikrini. Onun “Daş yuxular”ı ilə heç kim təsirlənib Qarabağdan imtina etmədi. Əksinə insanlar daha çox Qarabağa bağlandı. Ona görə də hansısa bir əsərin insan həyatına təsiri o dərəcədə deyil ki, onu bu qədər qaralayasan. Yanlış əsərdi, mülahizələr doğru deyil, yazıçının qənaətləri bizim baxış bucağından çox sərtdir, hətta özünün də yanaşması səhvdir. Guya bununla erməniləri tərbiyələndirəcək?! Ermənilər bu yazılarla tərbiyələnən millət deyil. Bizə əsas lazımdır ki, insanlar kiminsə fikrini boğmasınlar, hətta zərərli fikri belə boğmasınlar. Çünki hər bir zərərli fikirə qarşı on dənə xeyirli fikir doğacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.