Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobusa atəş açılıb.
araz.az xəbər verir ki, bununla bağlı vəkil Aqil Layıc sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Rusiyalılar Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobusu partladıb: “Xeyli sayda ölənlər var. Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb. Hamısı da dolanışıq üçün rus torpaqlarına gedənlərdir. Ölkədən dolanışıq üçün qaçasan və axırda da belə faciə ilə üzləşəsən”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.