f48d075d e25c 4c1e a585 aec47c393523 w408 r1 s“Hazırda Putinlə görüşmək üçün heç bir səbəb görmürəm”.

araz.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bayden CNN-ə müsahibəsində gələn ay G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyi sualına belə cavab verib:

“Hazırda Putinlə görüşmək üçün heç bir səbəb görmürəm”.

Bayden onu da bildirib ki, əgər Putinlə bir məsələni müzakirə etsə, bu, Rusiyada həbsdə olan amerikalı basketbolçu Brittni Qrinerin azadlığa buraxılması mövzusu olacaq.

“Ukrayna olmadan Rusiya ilə Ukrayna məsələsini müzakirə etmərəm”, – ABŞ prezidenti bildirib.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-dan təklif olacağı halda, Bayden-Putin görüşünü nəzərdən keçirə biləcəklərini demişdi. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.