Ərzincanda keçirilən Türk Dünyası Simpoziumunda ölkəmizlə bağlı bir sıra mövzular müzakirə olunub, o cümlədən Azərbaycanın tarixi torpaqları ilə bağlı həqiqətlər səsləndirilib.
araz.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Bəxtiyar Vahabzadə” panelində “İrəvanda Azərbaycan-türk mədəni irsinə qarşı erməni vandalizmi” məruzəsi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli Zəngəzur, Göyçə, İrəvan və Qərbi Azərbaycandakı digər tarixi mahallarımızda soydaşlarımızın min illər boyu yaratdığı mədəni irsimizə qarşı ermənilərin son iki yüz ildə törətdiyi vandalizm hərəkətlərindən bəhs edib. Çıxışını fakt və sənədlərlə əsaslandıran Əziz Ələkbərli ermənilərin xalqımıza qarşı törətdiyi bütün bu vandalist hərəkətlərə görə beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib, Bakıda yaradılan Qərbi Azərbaycan İcmasının bu istiqamətdə ardıcıl mübarizə aparacağını diqqətə çatdırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.