gen77

“Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.

araz.az  bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

Füzuli Əsədov bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Əraziyə FHN-in 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib.

“Birinci növbədə çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub”, – deyə F. Əsədov bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.