“Havalar soyuyur, qışa doğru “Azəriqaz”dan şikayətlər daha da artır. Dəfələrlə səsləndirilib ki, real iş görmək lazımdır, sosial şəbəkələr reklam üçündür və s. Amma heç bir irəliləyiş yoxdur. Qış gəlib, qapımızdadır. Təəssüf ki, kəndlərin qazlaşdırımasına hələ də başlanılmayıb. Həm də qazlaşmış məntəqələrdə yeni məhəllələrin qazlaşdırılması problemi də qalıb. Vətəndaşların bu qurumla bağlı müraciətləri artmaqdadır. Ümid edirəm ki, “Azərqaz” real iş görüb, insanları narahat edən məslələrin həllində iştirak edər”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bu sözləri cavab olaraq Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat “Azəriqaz”a vətəndaşların şikayətləri çatdırılır: “Şikayətləri quruma çatdıra bilirik. Məsələ şikayətin çatdırılması ilə bağlı deyil. Biz deputat olaraq vətəndaşları dinləyib, onların müraciətlərini müvafiq təşkilatlara çatdırırıq. Vətəndaş üçün maraqlı olan onun probleminin həllidir. Problemi həll olunmayanda biz də çıxılmaz vəziyyətdə qalırıq…”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.