xin

Xarici İşlər Nazirliyinin əmri ilə Ayxan Elxan oğlu Hacızadə nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

araz.az  bildirr ki, bu barədə  XİN-dən məlumat verilib.

Qeyd olunub ki, Ayxan Hacızadə 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.

2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb. 2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.

Ailəlidir, üç övladı var.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni Leyla Abdullayeva icra edirdi. O, oktyabrın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.