qalib3

“Qalib Salahzadənin işi bağlı məlumatlıyam. Təəssüflər olsun ki, hələ də aidiyyatı qurumlar susur. Vətəndaşların haqqına girmiş, konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını talamış və bütün bunlar azmış kimi xalqın təbii sərvəti hesab edilən Xəzər dənizini bütün Bilgəh boyu hasarlamış, dədə malı kimi saxta sənədlərlə ona-buna satan şəxs barəsində cinayət işi açılsa da, əməli tədbir görən yoxdur. Bütün bu özbaşınalıqlara, qanunsuzluqlara necə dözmək olar axı? Bir şey olan kimi də bu şəxs başlayır şantaja, “xidmət”lərini mətbuatda gözə soxmağa. Amma unudur ki, Prezident İlham Əliyev demiş, hər kəs etdiyi xidmətlərin mükafatını alıb. İndi keçmişdəki fəaliyyət heç kim üçün qalxan olmamalıdır”.

araz.az-ın xəbəroinə görə, bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu qeyd edib ki, Qalib Salahzadə deputat olanda vətəndaşların torpaqlarını deputat kimi zəbt edib, indi də Şeyx qudası adı altında gizlənib dənizin sahillərini hasarlamaqla, çəpər çəkməklə məşğuldur: “Təəssüf olsun ki, bu kimi özbaşınalıqlara imza atan şəxslər Azərbaycanda hüquqi dövlət anlayışına mənfur əməlləri ilə zərbə endirməkdədirlər. İnanıram və əminəm ki, aidiyyatı qurumlar, xüsusilə də hüquq mühafizə orqanları qanuna meydan oxumağa çalışan belə mənfur şəxslərə yerini göstərəcək. Belə şəxslərin yeri Xəzər sahillərində kef çəkmək deyil, qazamatdır. Hesab edirəm ki, çox yaxın zamanlarda Bilgəhdən Kürdəxanıya yola salınmasının şahidi olacağıq…”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.