Qərbi Azərbaycan İcması Aparatının icmanın rəhbəri, millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə, oktyabrın 19-da keçirilən növbəti iclasında, şöbələr qarşısında duran vəzifələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Bu barədə, QAİ-nin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, iclasda İcmanın Aparat rəhbəri Abduləli Həsənov, Qərbi Azərbaycanın rayonları üzrə kənd və rayon icmaları ilə iş şöbəsinin müdiri Qalib Qasımov, İcmanın Azərbaycan Respublikasının kənd və rayonları üzrə nümayəndəliklərlə iş şöbəsinin müdiri Miraslan Bəkirli, şöbələrin koordinatorları iştirak ediblər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.