Azərbaycan Respublikası XİN İranda dini məbədə terror hücumunu pisləyib.
araz.az-ın xəbərinə görə, bu barədə məlumat nazirliyin Tvitter hesabında yerləşdirilib.
“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir” – bəyanatda qeyd edilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.