Sizləri bilmirəm, əziz oxucular, mən bu labirintləşmiş dünyada çox düyünlər var ki, onlara qətiyyən təəccüblənmirəm. Nədən ki, ağzımızda “labirintləşmiş dünya” deyirik, bunda düyünlər də olacaq, o düyünlərin ilgəklərini tapanlar da!.. Amma hərdən elə düyünə rast gəlirsən ki, inanmırsan onun ilgəkini aça biləcək, yaxud açmaq istəyəcək kimsə olsun.
Bu, ilgəyi hələ də tapılmayan düyünlərdən biri də ermənikratiyadır. İndi oxucum məni qınayacaq ki, partokratiya var, demokratiya var, nə bilim daha nə kratiyalar var, amma ermənikratiya nə deməkdir? Mənim elə də yüksək siyasi savadım yoxdu. Amma gödək siyasi biliyimlə apardığım təhlillərdən gəldiyim qənaət odur ki, dünyada belə bir “…kratiya”da var. Məsələn, ötən minilliyin IV-V əsrlərində məhz fransızların və yunanların qovub ərazilərindən zibil parçası kimi çölə atdıqları, sonradan erməni olmuş haylara məhz türklər rəhm elədi, qucaq açdı, Osmanlı ərazilərində yer verib yaşamalarına şərait yaratdı. Sonra Osmanlıya qarşı xəyanət edən bu iyrənc tayfa həmin ərazilərdən qaçanda yenə onlara türklər, bu dəfə Azərbaycan türkləri yer verdi ki, yazıqdılar, yaşasınlar. Düzdü, istəyimizlə olmadı, amma yenə bizim tarixi ərazilərimizdə yaşayıb gün gördülər. Hətta İranda din düşməni kimi dini fundalistlərin əlində qalan haylar da yığılıb töküldülər Azərbaycan ərazilərinə. Sonrakı hadisələr də hamıya məlumdur və onları danışıb vaxt almaq istəmirəm. Yəni, dediyim odur ki, bu haylar nə qədər iyrənc tayfa olsa da, “əl tutmaq Əlidən qalıb” deyərək, onlara qucaq açan tarixən bizlər, yəni türklər olmuşuq. İndi fransızlar, yunanlar, farslar olublar ermənilərin dostları, türklər olublar düşmənləri. Hayları özlərinə yaraşdırmayıb didərgin salanlar olublar ermənikratlar! Burda bir balaca xatırlatma da yerinə düşər. Hər kəs yaxşı bilir ki, dünyaya Pəhləvilər sülaləsi tanıdılan, ötən əsrin üçüncü onilliyində Böyük Britaniyanın və Niderlandın əli ilə İranda hakimiyyətə gətirilən Palanilər (yəni palantikənlər) nəslinin taxtdan salınması və ötən əsrin 70-ci illərində bu ölkədə islam fundamentalizminə əsaslanan dini dövlətin yaradılması da Fransanın birbaşa qirduğu oyun idi. On ildən çox Fransada yaşayan və məşrutə inqilabından dərhal sonra Tehrana göndərilən Xomeyninin fransız beyinli olduğuna heç kimin şübhəsi ola bilməz. Yəni, bu günkü İranı idarə edən fars rejiminin də birbaşa Parisdən təlimat aldığı şəksizdi. Siyasi savadım zəif olduğuna görə məsələnin digər aspektlərindən danışmaq istəmirəm. Qorxuram dediklərim beynəlxalq krizə yol açsın. Yəni, Parisin əli ilə hakimiyyətə gələn Xomeyninin ABŞ-a, İsrailə və Böyük Britaniyaya bəslədiklərı nifrət və qəzəbin də əsasında Fransa siyasilərinin təsirindən danışmağı deyirəm, sonra bu ölkələr girərlər bir-birinə, səbəbkar da məni tutarlar. Ona görə bu barədə damışmaqdan vaz keçirəm…Gəlirik Şuşada sərxoş olub yallı gedən, sonra da hər dəfə televiziyalarda Şuşada Azərbaycan Prezidentinin ağır-ağayana “Şuşa Azərbaycandır” deməsinə dözməyib iran, yunan və fransız dostlarının dabanlarını yalamaq üçün əldən-ayaqdan gedən Paşinyana və bu ölkələrin də dabanlarını yalatmaqdan xoşlanaraq can-başla ayaqlarını irəli uzatmalarına! Burda da təəccüblü nəsə yoxdu. Hayların tayfa kimi formalaşdıqları son üç yüz ildə güclü hesab etdiklərinin dabanlarını yalamaları onların adət etdikləri milli ənənələridir. Bütün bunlar aydındı və labirintin bu düyünlərini açmaq Türkiyə və Azərbaycan üçün elə də ciddi problem deyil.
İndi gələk aydın olmayan və ilgəyini tapmaq müşkül olan labirint düyününə. Neçə gündü bizim gözəl-göyçək, özü yatan, amma özü dura (yəni oyana) bilməyən, kimlərinsə qıdıqlamasından sonra yuxudan ilan vurmuş kimi dik qalxan siyasətçimiz…, lənət şeytana, siyasi dəllalımız Əli Kərimliyə. Bu gədənin sənədlərində yazılanlara inansaq, nə ermənidir, nə farsdır, nə yunandır, nə də fransız. Orda yazılıb ki, azərbaycanlıdır, yəni Azərbaycan türküdür. Lap elə hesab edək ki, Azərbaycan türkü deyil, Azərbaycanda yaşayan digər hansısa millətin nümayəndəsidir və cibində Azərbaycan Respublikasının vətəndaşı olduğunu təsdiq edən vəsiqə gəzdirir. Axı 44 günlük savaşda bu ökənin milliyyətindən, dinindən asılı olmayaraq bütün vətəndaşları canlarından keçməyə hazır olduqlarını dünyaya sübut elədilər. İndi döyüş meydanında savaş bitsə də, siyasi və informasiya savaşı davam etdiyi bir zamanda bu adam niyə Fransanın prezidenti Makronun müdafiəsinə qalxır? Bir neçə il əvvəl də İranın Azərbaycandakı emissarlarını ifşa edəndə Azərbaycan hüquq-mühafizə orqanlarına belə çamırlar atırdı. Təbii ki, hayları torpaqlarımızdan qovanda da bu qeyrət savaşına dəstək verməyən iki siyasi qurum başqanından biri oldu. Yəni Əlinin fransız, hay və fars sevgisi nədən qaynaqlanır? Puldan? Yox, inanmıram, pulu onsuz da verirlər və verəcəklər, çünki nə qədər axtarsalar da öz ölkəsinə bu qədər naxələf məxluq tapa bilməyəcəklər. Deməli, torbada nəsə başqa pişik var. Yəni bu erməniçilik, hay sevgisi, ermənikratiya nə qədər dərinlərə kök salıb ki, türk olduğunu iddia edən birisi də bu …kratiya xəstəliyinə tutulub? Bax mənim ilgəyini görə bilmədiyim düyün də elə budur. Bunun ilgəyini tapmaq üçün Əlinin qanı hərtərəfli yoxlanmalıdır. Sadəcə qan analizi demirəm ey… HƏRTƏRƏFLİ!
Təhmasib NOVRUZOV.
araz.az xəbər portalı.