“Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik”.
araz.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko videokonfrans formatında keçirilən KTMT sammitində deyib.
Belarus Prezidenti bəyan edib ki, Minsk Bakı, Moskva və İrəvanın Azərbaycan-Ermənistan sərhədində nizamlanma ilə bağlı istənilən razılaşdırılmış qərarını dəstəkləyəcək. Onun fikrincə, ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi tələb edən Ermənistanın KTMT-nin fövqəladə sammitində bu məsələni qaldırması bir qədər qəribədir, çünki Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanmasına dair qərar qəbul edilməlidir:
“Siz qarşımıza iki sual qoyursunuz. Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi… Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik. İkinci sual budur: yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verirəm: Azərbaycan Prezidenti İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən vasitəçilik istəyin və qərar qəbul edin”.
Belarus Prezidenti bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı sualları KTMT-nin fövqəladə sammitinə çıxarmaq üçün tələsməyə ehtiyac yox idi. Onun fikrincə, Azərbaycan-Ermənistan-Rusiya “üçlüyünün” görüşünün nəticələrini gözləmədən onları gündəmə gətirmək tezdir.
Qeyd edək ki, oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə Azərbaycan və Rusiya Prezidenti İlham Əliyev və Vladimir Putin, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İclasda üç ölkə prezidentinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin icrası və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların müzakirəsi planlaşdırılır. Onlar həmçinin ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.