Moskva və Bakı son günlər bir-birinə açıqca mesajlar verir…
Müasir Müsavat Partiyasının sədri: “Rusiya prezidenti Vladimir Putin Avropa Birliyində Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təklif edilən sülh müqaviləsini pozmaq üçün belə addımlar atır”.
“Əgər Qarabağ məsələsi həll olunacaqsa və sülh müqaviləsi imzalanacaqsa, bu Rusiyanın Cənubi Qafqazdan çəkilməsi demək olacaq. Buna görə də Putin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan vermir”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi barədə son açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.
Rusiya Prezidentin Vladimir Putinin ötən gün “Valday” diskussiya klubundakı çıxışı bir çox baxımdan diqqət çəkdi. Putin “Biz sülh nizamlanmasını kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik” deyərək topu Bakı və İrəvanın üzərinə atdı. Lakin “O ki qaldı hansı variantı seçməyə, bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir” fikri isə açıq şəkildə Ermənistana diş göstərməkdir. Eyni zamanda Moskva və Bakı da son günlər bir-birinə açıqca mesajlar verir və aydın görünür ki, iki ölkə arasında fikir ayrılıqları var.
Bəs Rəsmi Bakı indiki məqamda nə etməlidir? Bakı üçün sülhün hansı variantı önəmlidir?
araz.az bildirir ki, Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.
Hafiz Hacıyev: “Belə addımlar Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsini pozmaq deməkdir”.
Rusiyanın Vaşinqton sülh müqaviləsini pozmağa çalışdığını düşünən partiya sədri əlavə edib ki, Moskva özünün varlığını, təzyiqini həmişəki kimi Cənubi Qafqazda saxlamaq istəyir:
“Rusiya prezidenti Vladimir Putin Avropa Birliyində Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təklif edilən sülh müqaviləsini pozmaq üçün belə addımlar atır. Çünki Vaşinqton sülh müqaviləsində Dağlıq Qarabağa status məsələsi yoxdur. Aydın məsələsidir ki, bu da Rusiyanın maraqlarında deyil.Putin istəyir özünü gündəmdə saxlasın. Buna görə də Putin Ermənistanın üzünə bir döz deyir, arxasında başqa söz deyir. Belə addımlar da Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsini pozmaq deməkdir.
Düşünürəm ki, Azərbaycan bu addımlara görə Rusiya prezidentinə öz qəti fikrini bildirməlidir. Qarabağa sülhməramlı adı altında gələn rus ordusu oradan təcili çıxarılmalıdır. Eyni zamanda Azərbaycan və Ermənistanın can atdığı Vaşinqton sülh müqaviləsi imzalanmalıdır. Amma Rusiya çalışır Vaşinqton sülh müqaviləsini pozsun və özünün varlığını, təzyiqini həmişəki kimi Cənubi Qafqazda saxlasın.
Əgər Qarabağ məsələsi həll olunacaqsa və sülh müqaviləsi imzalanacaqsa, bu Rusiyanın Cənubi Qafqazdan çəkilməsi demək olacaq. Buna görə də Putin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan vermir. Rusiya prezidenti eyni zamanda çalışır ki, Ukraynada itirdiyi mövqeyini Qafqazda bərpa etsin.
Hafiz Hacıyev: “Görünən odur ki, Qarabağ məsələsi Rusiyanın nəzarəti altındadır”.
Artıq erməni xalqı da başa düşür ki, Rusiya onları əsarətdə saxlamaq istəyir. Buna görə də ruslar imkan vermir Qarabağ məsələsi həll edilsin. Ermənistanın baş naziri Nikol Paşinyan da son zamanlar dəfələrlə Qarabağ məsələsinin həll edilməsini dilə gətirib. Görünən odur ki, Qarabağ məsələsi Rusiyanın nəzarəti altındadır.
Bildiyimiz kimi Rusiyanın Ermənistanda əlaltıları çoxdur. Rusiya milyarder Vardanyanı Qarabağa göndərib və Ermənistan müxalifəti Rusiyanın tərəfindədir. Bu da sülh müqaviləsinin imzalanmasına razı olan Paşinyanın təklənməsi deməkdir. Bir yandan da Putin belə açıqlamalar verməklə erməni xalqını qızışdırmaq istəyir.
Amma Putin öz işi ilə məşğul olsa, yaxşıdır. Həmçinin Putin Ukraynada öz təcavüzkar siyasətini yekunlaşdırsın, bundan sonra başqa məsələlərə baxar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.