rasim77““Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 seriyalı bədii film istehsalına başlanılması ilə bağlı xəbərlər yayılmışdı. Filmin hansı səbəbdən yarımçıq saxlanılmasını deyə bilmərəm. Bizim Mədəniyyət Nazirliyi ilə hələlik o qədər də əlaqəmiz yoxdur. Bunlar nə iş görür, nə sifariş verir, nə etdiklərini bizdən soruşmurlar, axı”.

araz.az   xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. 

“Əlbəttə ki, o işi başlamışdılarsa, gərək davam etdirərdilər və filmi deyilən tarixə, yəni noyabrın 8-nə çatdırmalı idilər. Bu, elə-belə şey deyil axı?! Bu tarix qələbənin qeyd olunan günüdür. Həmçinin, bu film bizim Zəfər günümüzə aid olan bir filmdir. Hər halda ümumi qənaətim odur ki, film deyilən vaxtda çatdırılmalı idi. Bu şeylərin hamısını onlar bilirlər və onlar sifariş veriblər. Türk rejissorları da onlar çağırıblar, pulu da onlar verirlər. Ona görə də, bununla bağlı heç nə bilmirəm”.

araz.az  xəbər portalı.

araz.az xəbər portalı.