Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfərin öldüyünü təsdiqləyib.
araz.az xəbər verir ki, bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, 82 yaralıdan 19-nun vəziyyəti ağırdır. Daha əvvəl 149 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilirdi.
“Yonhap” agentliyinin Cənubi Koreya hakimiyyətinə istinadən verdiyi məlumata görə, izdihamın qurbanı olan azı 19 əcnəbi, o cümlədən İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Daha əvvəl ölən iki əcnəbi haqqında məlumat verilmişdi. Ölənlər arasında həmçinin Rusiya vətəndaşları da var. Hadisə zamanı Rusiyanın daha 1 vətəndaşı xəsarət alıb.
Cənubi Koreya paytaxtının hakimiyyət orqanları Seul şəhərinin mərkəzindəki İtxevonda baş verən izdihamla əlaqədar itkin düşmüş şəxslərlə bağlı 270-ə yaxın məlumat alıb
araz.az xəbər verir ki, bu barədə isə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, səlahiyyətlilər məlumatları polisə ötürür. Bu sayda məlumat yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 2:00) qeydə alınıb.
YTN telekanalının məlumatına görə, izdiham adı açıqlanmayan məşhur pop müğənnisinin İtxevondakı barda görünməsi ilə bağlı yayılan şayiədən sonra yarana bilər. Bundan sonra bir çox insan pop ulduzun dincəldiyi iddia edilən ərazinin yerləşdiyi dar döngəyə axışıb.
İtxevon Seulun gecə həyatının mərkəzlərindən biri kimi tanınır. Son üç ildə ilk dəfə pandemiya məhdudiyyətləri olmadan qeyd olunan Hellouin bayramını qeyd etmək üçün on minlərlə gənc şənbə günü əraziyə səfər edib.
Ötən gün baş verən izdihamda ölənlərin əksəriyyətinin yaşının 30-dan az olduğu bildirilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.