telefon 1Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat verir ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli “qaynar xətt” xidməti fəaliyyətə başlayıb.

araz.az-ın xəbərinıə görə, bu barədə  ANAMA-nın Mətbuat Xidmətindən bildirilib.

“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir”, – məlumatda qeyd olunub.

araz.az xəbər portalı.