İranda son 48 saatda daşqın və bundan zərər çəkmiş 206 nəfərə yardım göstərilib.
Araz.az xəbər verir ki, bu barədə Qızıl Aypara Yardım və Xilasetmə Təşkilatının əməliyyatlar üzrə vitse-prezidenti Morteza Moradipur məlumat verib.
Məlumata görə, sül və daşqınlar İranın 8 vilayətini əhatə edib.
Bundan əlavə, 32 nəfərə təcili yaşayış yeri verilib.
Ölkədə daşqınlardan zərər çəkmiş ərazilərdə xilasetmə işləri hələ də davam edir.
araz.az xəbər portalı.