Bu gün Nərimanov Rayon Məhkəməsində jurnalist Qaşqay Ziyəddinoğlunun Yeni Azərbaycan Partiyasının (YAP) təsisçisi olduğu “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.
araz.az Pravda.az-a istinadən bildirir ki, hakimi Aytən Novruzovanın sədrliyi ilə keçirilən prosesdə iddia sənədləri araşdırılıb.
Növbəti proses noyabrın 10-na təyin edilib.
Qaşqay Ziyəddinoğlu iddia edir ki, qəzet onu qanunsuz olaraq işdən azad edib. İddia da buna görə qaldırılıb. Jurnalist cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.
araz.az xəbər portalı.