evrimagaci.org_public_content_media_60db49b475fad9d4909e8df72e703e4a.jpg

Dünyanın ən məşhur buzlaqlarından bəziləri 2050-ci ilə qədər yox olacaq.

araz.az xəbər verir ki, bu barədə YUNESKO-nun hesabatında deyilir.

İtaliyada Dolomitlərdə, ABŞ-da Yosemit və Yellostoun Milli Parklarında, Tanzaniyada Kilimancaro dağında olan buzlaqların qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər yox olacağı bildirilir.

YUNESKO təxminən 18 600 buzlağın monitorinqini aparır. Hesabata görə, 2050-ci ilə qədər onların üçdə biri yox olacaq.

Hesabatın müəllifi Tales Karvalyo deyir ki, dünya miqyasında buzlaqların sürətlə əriməsinin qarşısını almaq üçün yeganə ən vacib yol karbon emissiyalarını kəskin şəkildə azaltmaq olacaq. 

araz.az xəbər portalı.