Ölüm bəşəriyyət üçün qaçılmaz sondur. Bu mövzu ilə bağlı elmi araşdırmalar daha da irəli getsə də, ölüm tam izah edilmiş bir fenomen deyil. İndiyə qədər ölümlə bağlı deyilənlər böyük diqqət çəkib.
araz.az xəbər verir ki, ömrünün çox hissəsini ölməkdə olan xəstələrə baxan 39 yaşlı amerikalı tibb bacısı Coli Makfadden ölməkdə olan insanlar haqqında çox maraqlı iddia səsləndirib.
Gənc tibb bacısı ölməkdə olan insanlara təsəlli verə biləcək yeganə şey haqda danışıb.
Makfadden deyir ki, ölüm yatağında olan insanlar üçün yeganə rahatlıq hansısa yolla vəfat etmiş yaxınları ilə ünsiyyət qurmaqdır.
Tibb bacısı insanların ölərkən vəfat etmiş yaxınlarının şəkli ilə qarşılaşdıqları an rahatlaşdıqlarını və özlərini ölümə daha asan hazırladıqlarını iddia edir.
araz.az xəbər portalı.