…Dünən sosial platformada xeyriyyəçi şair kimi təqdim edilən, əslən Astaradan olan Gülağa Tənha-Qənbərovun Türk dünyasının ustad şairi Bəxtiyar Vahabzadənin ruhuna sayğısızlıq ifadəli videomüraciəti yayımlanmışdır…
Gülağa Tənha siyasi intriqalarından bəhs etməkdə ikən ustad Bəxtiyar Vahabzadə haqqında bəzi hallarda təhqiramiz və aşağılayıcı faktlar sadalamış, şairin ailəsini təhqir ruhunda biabır edən əsassız ifadələr işlətmişdir. Gülağa Tənhanın Videoçıxışından belə anlaşılır ki, guya o, Azərbaycanın poeziya ünvanı olan ustad şair Bəxtiyar Vahabzadəni himayə edirmiş, kitablarının çapına maddi vəsait verirmiş, hətta dava-dərmanına kimi…
Bu videoçıxış Azərbaycanın dəyərli ziyalıları tərəfindən ciddi ictimai narazılıqla qarşılanmışdır. Sosial mediada Gülağa Tənha sərt tənqidə məruz qalmışdır…
XXX
…Xalq şairi, “İstiqlal” ordenli ustad Bəxtiyar Vahabzadə 1993-cü ildən “Təzadlar” qəzetinin Yaradıcı Heyyətinin baş tacı olmuşdur, bu gün də qəzetin fəxri səhifəsində ustadın adı xatirə olaraq qalmaqdadır.
Bu yaraşmaz açıqlamalarla bağlı “Təzadlar”ın 1993-cü ildən baş redaktoru olan, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilidən mövqe öyrəndik. Baş redaktorun sözü qısa oldu: “…Gülağa Tənha özünə şair deyirsə, özündə ictimai məsuliyyət hiss edib Bəxtiyar Vahabzadə kimi ustad şairin haqqlnda belə aşağılayıcı çıxış yayımlamamalı idi… Videoçıxışında deyir ki, guya o, şairin bütün ev bazarlığını, dava-dərmanını, kitab çapını… ödəyirmiş. Mən şairin ailə üzvləri ilə əlaqə saxladım, oğlu İsfəndiyar Vahabzadə dedi ki, “Atam Bəxtiyar Vahabzadənin akademikliyinə, BDU professorluğuna, Fəxri adlarına və Dövlət mükafatlarına, Xalq şairliyinə və s. görə ay ərzində aldığı mükafat və müavinətləri təxminən 6-7 min manat edirdi. O vaxt bu məbləğ böyük pul vəsaiti idi. Üstəlik, Bəxtiyar Vahabzadənin mən oğlu səfir idim, digər oğlu Azər Vahabzadə Baş Prokurorluğun Baş İstintaq İdarəsinin rəisi idi, kürəkəni Ziya müəllim isə böyük bir xəstəxananın baş həkimi idi. Yəni, Gülağa Tənha kimdir, tanımıram, bu adam danışığındakı məntiqi başa düşməli idi, böhtan və yalan danışmamalı idi…”.
Xatırladırıq ki, “Təzadlar”ın baş redaktoru Asif Mərzili “TEZADLAR TV” nin canlı efirində Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanlarına aydınlıq gətirəcək. Bizi izləyin, günü və saatı elan edəcəyik, sensasion açıqlamalar var… Suallarınız və mövqeyiniz olduqca vacibdur…
[bt_youtube url=”‘https://www.youtube.com/embed/JYdd20aMlVE'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Elçin MƏMMƏDLİ.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/w_znGsHFiVw’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.