yusif.jpg

““Poz, qazan” kimi lotereyalara münasibətim pisdir. Allah uzaq eləsin, bu da qumarın bir növüdür. Nə mən, nə ətrafım, nə də övladlarım hələ indiyə qədər bilmirik ki, qumar, kart nədir. Bu yaşa qədər gəlib çıxmışam, tövbə, tövbə, yenə də tövbə. Belə lotereyaların satışı olmasa, daha yaxşıdır. İnsanlar təhsillə, əxlaq aşılayan işlərlə məşğul olsunlar. Qalib Azərbaycanımızın adını hər yerdə uca etsinlər. Qonşuluqda nə qədər düşmənlərimiz var. Heç olmasa gənclərimiz savadla, tərbiyə ilə böyüsünlər ki, gələcəkdə Azərbaycanın adını ucaltsınlar”.

araz.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar artist, tanınmış müğənni Yusif Mustafayev deyib.

O məktəblərin yaxınlığında, şəhərin mərkəzi yerlərində “Poz, qazan” kimi lotereyaların satışına da etirazını bildirib: ““Poz, qazan” lotereyalarının məktəblərin yaxınlığında satılması qəbuledilməzdir. Mənim də məktəbdə təhsil alan nəvələrim var. Uşaqların hamısı bizim gələcəyimizdir. Onlar dərsə, təhsilə alışmalıdırlar. Bizim əlimizdə səlahiyyət yoxdur, nəsə edə bilmirik. Hər halda buna cavabdeh olan aidiyyatı qurumlarda çalışanların da övladları var, məktəbdə oxuyurlar, heç olmasa öz balalarının xatirinə belə lotereyaların satışının qarşısını almalıdırlar”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.