Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.
araz.az Report-a istinadən bildirir ki, mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
araz.az xəbər portalı.