“Ritorika və addımlar arasında fərq var. Vaxtaşırı müsbət mesajlar eşidirik, ancaq bu ardıcıl deyil və bəzən ziddiyyətli olur”.
araz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, eyni şəxslərin çıxışlarında ziddiyyətlər mövcuddur: “Danışıqlar prosesində bir xəttin davam etdiyini görmək olmur. Elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır. Ermənistan tərəfi indiyə qədər silahlı birləşmələrini bu ərazidən çıxarılmayıb. Bu kontingentin çıxarılması üçtərəfli bəyanatda qeyd olunmuşdu”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.