Yasamal rayonunda Alatava, İnşaatçılar metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin sökülərək, yeni binaların tikilməsi ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.
araz.az-ın xəbərinə görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.
O bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır:
“Müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi planda var. Proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.