16679778266084154587_1000x669.jpg

Azərbaycanın Moldovadakı səfirliyinin binası önündəki bağçada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib.

Bu barədə, Azərbaycanın Moldovadakı Səfirliyindən araz.az-a daxil olan məlumatda deyilir ki, rəsmi açılış mərasimində Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Moldovanın mədəniyyət naziri Serdjiu Prodan, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar və Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov iştirak ediblər. Həmçinin tədbirə Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri, yerli KİV nümayəndələri qatılıblar.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan və Moldovanın Dövlət himnləri səsləndirilib.

Səfir Qüdsi Osmanov çıxışında bildirib ki, Zəfər Günündə Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərinə həsr olunmuş barelyefin açılışını etmək böyük şərəfdir.

 [bt_slider uid=”1668071785-636cc1698ef4c” target=”_blank” width=”300″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/16679778265892411202_1000x669.jpg” title=”16679778265892411202_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16679778264700331936_1000x669.jpg” title=”16679778264700331936_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/166797782710566349_1000x669.jpg” title=”166797782710566349_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16679778264068833380_1000x669.jpg” title=”16679778264068833380_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1667977826109409709_1000x669.jpg” title=”1667977826109409709_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16679778263931953794_1000x669.jpg” title=”16679778263931953794_1000x669.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun aparıcı dövlətlərindən biri hesab olunur. Ölkəmiz gələcək nəsillər naminə regionda sülh, təhlükəsizlik və sabitliyə sadiqdir. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. “Ağıllı şəhərlər” və “Ağıllı kəndlər”, hava limanları, avtomobil və dəmir yolları tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlar becərilir. Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilib. Bu nəcib, mühüm və tarixi missiyada bizə dəstək olan bütün ölkələrə təşəkkür edirik”, – deyə səfir əlavə edib.

Qüdsi Osmanov vurğulayıb ki, Azərbaycan Moldova ilə ən yüksək səviyyədə olan münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan və Moldova bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

“Hesab edirəm ki, bu barelyefin açılması ölkələrimiz arasında ikitərəfli münasibətlərdə daha bir əlamətdar hadisədir. Səfirliyin qarşısındakı bu meydanı paytaxt sakinləri üçün Azərbaycanın tarixi və mədəniyyəti haqqında nadir muzey adlandırmaq olar”, – deyə səfir qeyd edib.

Azərbaycanla Moldova arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir. “Azərbaycan işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işlərinin aparılmasına Moldovanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. 44 günlük Vətən müharibəsindən sonra Moldova parlamentinin sədri İqor Qrosu işğaldan azad olunan Şuşa şəhərinə səfər edib. Bunun özü Moldovanın Azərbaycana açıq siyasi dəstəyidir. Kişineunun mərkəzində Şuşaya dair barelyefin açılması da bu dəstəyin tərkib hissəsidir”.

Əli Hüseynli bildirib ki, iki il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Şuşanı işğaldan azad etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bu gün regionda sülhün tərəfdarıdır.

Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, mədəniyyət naziri Serdjiu Prodan da çıxışlarında ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Şuşaya dair barelyefin açılışı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu mədəniyyət abidəsi şəhərin turistləri üçün də cəlbedici olacaq.

[bt_slider uid=”1668071785-636cc1698ef4c” target=”_blank” width=”300″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/16679778265892411202_1000x669.jpg” title=”16679778265892411202_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16679778264700331936_1000x669.jpg” title=”16679778264700331936_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/166797782710566349_1000x669.jpg” title=”166797782710566349_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16679778264068833380_1000x669.jpg” title=”16679778264068833380_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/1667977826109409709_1000x669.jpg” title=”1667977826109409709_1000x669.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/16679778263931953794_1000x669.jpg” title=”16679778263931953794_1000x669.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]

Qeyd edək ki, barelyefin üzərində “Şuşa qalası” və “Yuxarı Gövhər Ağa məscidi” kompozisiyaları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri sözlər təsvir olunub.

Sonra qonaqlar səfirliyin həyətində Azərbaycan ilə Moldova arasında dostluq rəmzi olaraq ağac əkib, 44 günlük Vətən müharibəsinə dair sərgi ilə tanış olublar.

Tədbir Moldova KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/glSJrhCF7is’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.