Şəmkirdə bibisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Vasif Aslanov barəsində olan hökmdən kassasiya şikayəti verib.
araz.az Pravda.az-a istinadən bildirir ki, Ali Məhkəmədə araşdırılacaq şikayət noyabrın 11-nə təyin edilib.
Cinayət işi hakim Tahir Kazımovun icraatına verilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Aslanov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə bu ilin yanvar ayının 21-də rayonun Qədim Qala kəndində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Alıyev dayısı oğlu V.Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.
İttihama görə, hadisədən bir neçə gün əvvəl B.Alıyev V.Aslanovu şantaj edib. Bibisi oğlunun bu əməlindən bezən V.Aslanov B.Alıyevi odlu silahla öldürüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.
V.Aslanovun barəsində 120.1-ci (Qəsdən adam öldürmə) və 228.1-cü (Qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
O, ifadəsində deyib ki, Bəxtiyar onun anasının lüt şəkildə videosunu çəkib və təqsirləndirilən şəxsən 10 min manat pul istəyib. Qətl hadisəsi də bunun üstündə baş verib.
Xatırlatma: B.Alıyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.