Türkmənistan paytaxtı dünyanın ən ucuz ictimai nəqliyyatına sahib ölkələridəndir. Belə ki, orada sərnişinlərin ünvana çatdırılması bizim pulla 15-25 qəpik civarında dəyişir.
araz.az KONKRET.az-a istinadən xəbər verir ki, Aşqabadda benzinin litri 0.73 AZN-dir. Taksi xidməti 1 km məsafəyə 1.44 AZN yazır. “Toyota Corolla” kimi avtomobilləri 35 min manata almaq olar.
Restoran
1 nəfərlik nahar 30 AZN
2 nəfərlik (spirtli içki ilə) şam yeməyi 75 AZN
Big Mac 17 AZN
Qeyd edim ki, Türkmənistanda bu ilin qiymətlərini təqdim edən bəzi turizm şirkətləri Aşqabbada 1 litr benzinin 0.34 AZN, ictimai nəqliyyatın isə bu qiymətdən iki dəfə ucuz olduğunu paylaşıb.
Yanacaqdan başqa qiymətlərdə isə bahalıqdır. Məsələn, kapuçino 4 AZN, mineral su 1 manat 10 qəpik, yerli pivə 2.40 AZN dəyərindədir.
Levis cinsləri 170 AZN
Zara donları 144 AZN
Nike və Adidas 300 AZN
Bəzi ərzaq məhsulları, istirahət növlərinin də qiyməti Bakıdakından 2-3 manat artıqdır. Amma Türkmənistanda minimum əmək haqqı da Azərbaycandan təxminən iki dəfə çoxdur. Bununla yanaşı, Türkmənistan 2023-ci ildən başlayaraq minimum əmək haqqı və pensiyaları 10 % artıracaq. Yəni:
– Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyası 900 AZN
– Onların həyat yoldaşlarının təqaüdü 270 AZN
– Minimum əmək haqqı 560 AZN
Azərbaycan manatının məzənnəsi türkmən manatından iki dəfə artıqdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.