“Şəffaflıq idarəetmənin güclü olduğunu göstərən əsas əlamətdir. Maksimum şəffaflıq minimum korrupsiya və büdcə oğurluğu deməkdir. İdarəetmədə maksimum şəffaflıq və hesabatlılıq ən üst səviyyədə strateji viziona sahib olmaq deməkdir”.
araz.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.
R.Ağayevin sözlərinə görə, özünə-əməllərinə arxayın olan hökumət müdafiə və təhlükəsizlik sektoru istisna olamqla, istənilən informasiyanı açıq qoyur: “Yəni, nə istəyirsiniz, araşdırın, cavab verə bilməyəcəyim heç bir sual yoxdur. İdarəçilər şəffaflıqdan qaçırsa, demək ki, aşkarlanacağından qorxuduqları, onları rəqibləri (yaxud əleyhdarları) qarşısında zəiflədəcək, ictimai nüfuzu zədələyəcək faktların olduğunu dolayısı ilə etiraf edirlər. Bunları nədən yazıram: dünən mediada yayılan daxili miqrasiya ilə bağlı məqaləmi hazırlamaq üçün ən azı 3 ay “Azərişıq”dan rayonlar üzrə əhali abonentlərinin sayını almağa çalışdım, hətta quruma rəsmi məktub yazdım, rəsmi şəxs kimi mediada ən çox görünən Tanrıverdi Mustafayevlə dəfələrlə əlaqə saxladım, nəticə olmadı. Narahatlığınız yoxdursa, niyə bölgələr üzrə həm qaz, həm elektrik, həm içməli su sektorunda əhalinin istehlakı və əhali abonentlərinin sayı ilə bağlı rayonlar üzrə məlumatları açıq informasiya kimi internet resurslarınızda yerləşdirmisiniz? Bu qədər adi məlumatları açıqlamayan idarəçilərdən büdcə kimi həssas mövzuda şəffaflıq gözələyəcək qədər sadəlövh deyilik…”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.