IMG_20221117_150621_510.jpg

Bəzən, jurnalistlər, ümumiyyətlə, müstəqil media vasitələri haqqında deyilən mənfi fikirlər, müstəqil media qurumu və nümayəndəsi olaraq, sözün əsl mənasında, bizim xətrimizə dəyir. Amma çox təəssüflər olsun ki, hər sahədə olduğu kimi, media sahəsində də, bəzən özünü elə “media qurumunun rəhbəri”, yaxud “jurnalist” adlandıranlar meydana çıxaraq, sinəsinə döyür ki, mətbuata illərini xərcləyən peşəkarlar, haqlı olaraq, “yanıb tökülürlər”.

         araz.az bildirir ki, doğruxeber.az bu mövzuda olan yazısına, bu dəfə, bu cür giriş verməkdə, “sözünün canı olduğunu” xüsusi vurğulayır. Onu da xüsusi qeyd edir ki, yəqin, bu informasiya portalının oxucuları və onu yaxşı tanıyan həmkarları da, bunu təsdiq edər ki, son zamanlar, müstəqil medialarda ölkənin təhsil sistemi haqqında dərc olunan tənqidi yazılar və məlumatlar, müəllim və valideyin şikayətləri olduqca çox artıb. Yazıda o da qeyd olunur ki, belə şikayət və məlumatlar, dogruxeber.az informasiya portalında da çox yayımlanır: “Yəni, adımızdan da göründüyü kimi, “əyriyə-əyri, düzə-düz yanaşırıq!”. Bir sözlə, iş prinsipimiz də, şüarımız da adımızdır! Lakin bunu demək bizim üçün nə qədər çətin olsa da, təəssüflə qeyd etməliyik ki, özünü jurnalist adlandıran və “həqiqi xəbər” adı altında “fəaliyyət” göstərən şəxslər, son günlər, internetdə, başqasının yazıları əsasında, Sabunçu rayonunda yerləşən 247 saylı Uşaq Bağçası barəsində məlumatlar paylaşırlar. Həmin yazıyla tanış olmaq üçün, fotonu ekrana yaxınlaşdırıb, diqqətlə oxuyun!

1668664860_fdf5e780-6bc8-4dc7-9862-b9f6a4a9753a.jpg

        Əvvəlcə, bu məqama diqqət edin:

         Bildirilir ki, “Valideyn tərəfindən, saytın elektron ünvanına müraciət göndərilib”.
      
         Saytın əlaqə bölməsində qeyd edilən, əlaqə vasitələrinə baxın.

1668664832_e6cc2c3c-3a11-4d84-b22a-d52893f248e3.jpg

          Gördüyünüz kimi, saytın elektron ünvanı yoxdur.

          İkinci məqam:

          Diqqət etdinizsə, qısa yazıda iki ad çəkilib; Yuxarıda deyilir ki, “Türkan xanım bu bağçaya gələndən pul yığmaqla məşğuldur”. Aşağıda qeyd edilir ki, “iddialara cavab tapmaq üçün, Yeganə xanımla telefon əlaqəsi saxladıq”.

         Yeri gəlmişkən, sözügedən məlumatlarla bağlı, biz də, şikayət çoxluğu səbəbiylə, təhsil sahəsindəki problemlərə həssas yanaşan media qurumu olaraq, hər iki tərəf barəsində müəyyən araşdırmalar apardıq, həmçinin hər iki tərəflə telefon əlaqəsi saxladıq. Əvvəlcə, tanımadığımız və ilk dəfə belə sayt adına rast gəldiyimiz üçün, barəsində məlumat öyrənmək istədik. Bunun üçün də, ilk növbədə saytın, “Haqqımızda” bölməsinə toxunduq. Və bu da, qarşılaşdığımız “məlumat”:

1668664818_b4b5e3f8-91ba-4e1b-9138-24cbb0927776.jpg

        Bəli, “Haqqımızda” bölməsində, Baş redaktorun adından başqa, heç bir məlumat, yaxud onun fəaliyyəti barəsində, hər hansı fikirləri yoxdur.

             Əlqərəz…
             Qeyd edilən telefon nömrəsinə zəng edib, Baş redaktor kimi adı yazılan Məhrubə xanımla danışdıq. Əvvəlcə, məlumat barəsində hər hansı bir faktın olub-olmadığını soruşduq. Söhbəti bir azca uzadandan sonra: “Fakt var ki, yazılıb!” — dedi.

        Ardından bildirdik ki, “yazıda bir adamdan bəhs edilir, amma iki ad çəkilib”.
Bu sözləri eşidərkən, xanım, sadəcə olaraq, susdu — haqlı idi, verəcək cavabı yox idi axı!

        Daha sonra, diqqətinə çatdırdıq ki, “Fakt yoxdursa, məsuliyyət daşıyırsınız və qarşı tərəf də, bu barədə məhkəməyə müraciət edə bilər”. Məhrubə xanım: “Nə bacarırsınız, edin!” — deyə, cavab verdi.

          Yeri gəlmişkən, Məhrubə xanımla danışdıqdan sonra, yazıda edilən dəyişikliklərə diqqət edin!

1668664895_bf371061-20b8-48b0-963b-5a20203d4f9e.jpg

        Onu da bildirmək istəyirik ki, sözügedən uşaq bağçasının müdiri Türkan Fətullayeva ilə də, telefon əlaqəsi saxladıq. Onun sözlərinə görə, bu dərs ili başladığı gündən bəri, dəfələrlə, fərqli-fərqli şəxslər ona zəng edib. Gah “Heydər Əliyev haqqında kitab çıxarırıq, bizə maddi köməklik edin”, gah da: “Haqqınızda məlumat var, görüşək!” — deyirlər. Sual verəndə ki, “Nə kimi məlumat?!”, onda belə deyirlər: “O sirrdir, görüşüb, danışaq!”.

         Jurnalistin cavabına baxın, “Haqqınızda məlumat var, deyə bilmərik, sirrdir!”. Adamın özü haqqında məlumatı özünə demir ki, sirrdir. Nə qədər gülünc, məntiqsiz cavab və yanaşmadır. Özü də, açıq-aydın görünür ki, biri-birinin ardınca müxtəlif şəxslərin xanıma zəng edib, müxtəlif bəhanələrlə görüşməyə cəhd etmələri də, təsadüfi deyil.

        Sonuncunun da, bu cür yanaşması, israrla müdirlə görüşmək istəməsi, bu cür özünü “jurnalist” adlandıranların niyyətini açıq şəkildə biruzə verir. Gördüyünüz kimi, 5 – 6 cümləlik bir yazıda, bir neçə dəfə fikir düzəlişi (Hərf yox haa, fikir düzəlişi!) edilməsinin özü də, sayt adına biabırçılıq və gülünc hərəkətdir. Bunu, “17 ildir fəaliyyət göstərdiyi”ni deyən, “həqiqi xəbər” saytının Baş redaktoru Məhrubə xanım etdi. Bu, həm bizim, həm də media nümayəndəsi olaraq, sizlərin, ölkənin media aləmində, ilk dəfə gördüyümüz və bizi olduqca təəssüfləndirən xoşagəlməz haldır, deyilmi!
     
         Qeyd edək ki, sözügedən uşaq bağçasının müdirinin dogruxeber.az-a bildirdiyinə görə, o bütün bunlara görə, haqqında yanlış məlumatlar yayımlayan və ona istinad edən bütün saytlar barəsində şikayət vermək üçün, artıq, hüquq-mühafizə orqanlarına və məhkəmələrə şikayət və iddia xarakterli müraciətlər hazırlayır”.

        Sonda onu qeyd etmək istəyirik ki,  dogruxeber.az informasiya portalının rəhbərliyi, hər kəsin söz haqqını tanıdıqları üçün, bu mövzuya təkrarən qayıdacaqlarını da, bu yazılarının sonunda qeyd ediblər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.