Qərbi Azərbaycan İcmasından araz.az-a daxil olan məlumata görə, srağagün, İcma Aparatının növbəti iclası keçirilib. Bu iclasda Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların, habelə Azərbaycan Respublikasının rayonları üzrə nümayəndəliklərin yaradılması vəziyyəti müzakirə olunub. Həmçinin müvafiq şöbələrə təşkilatlanmanın vəziyyəti barədə hesabat hazırlamaq və növbəti iclasın müzakirəsinə təqdim etmək tapşırılıb.
Məlumatda o da bildirilir ki, sonra iclasda cari məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib. Bu məsələlər ətrafında müzakirələrdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdiri Miraslan Bəkirli, İcmanın Aparat əməkdaşları, İcma üzvləri, o cümlədən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Səmayə İsmayılova, Dərələyəz Cəmiyyətinin sədr müavini Rəna İsmayılova, İcmanın İstanbul fəalı Natəvan Şadlinskaya və başqaları iştirak ediblər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.