Babək Səmidlinin yayılan səs yazısı ilə bağı bir çox rəyləri oxudum. Amma görürəm ki, oradakı lazım olan incə bir məqamdan kimsə bəhs etmir. Belə qənaətə gəlmək olar ki, Babək Səmidlinin səsi müharibə bitəndən sonra yazılıb.
Çünki edilən söhbət müharibənin ümumi nəticələrinin qiymətləndirilməsi kontekstində aparılır. Müharibə zamanı Babək Səmidlinin xidmət sahəsi olan Şimal cəbhəsindəki uğursuzluqlar hamıya məlumdur.
Belə qənaətə gəlmək olar ki, rəhmətə gedən hərbçi həmin uğursuzluqların səbəbini onun yaxın dostu olan o vaxtkı korpus komandiri Hikmət Həsənov və onun komandasından uzaqlaşdıraraq, ümumi Ordu rəhbərliyinin üzərinə yönəltməyə çalışır.
Gələk ən maraqlı olan əsas məsələnin üzərinə. Bu səs yazısı iki ilə əvvəl yazılıbsa, niyə məhz indiki həsas məqamda dövriyəyə buraxılır?
Bəllidir ki, bütün 44 günlük müharibə boyu Ermənistan və onun Qərbdəki himayədarları bir ağızdan qışqıraraq, Türkiyənin bizim tərəfdən müharibıdə iştirakına dair fikirlər səsləndiridilər. Müharibədən sonrakı dönəmdə də, bu tezizdən imtina edilmədi.
Yadınızdadırsa , bu yaxınlarda Fransa prezidenti Makron təqribən belə məna verən bir açıqlama ilə çıxış etdi ki, Türkiyə ilə Rusiya Azərbaycanla birləşib, Ermənistanı təkləyiblər. Yəni hər vəclə Türkiyənin regiondakı fəallığınaın qarşısı alınmaq üçün ona qarşı bir kompamat axtarıblar. Ancaq ortaya möhtəbər bir dəlil qoya bilmirdilər.
Məlum səs yazısında Babək Səmidli türkiyəli genaral Bəxtiyar Paşanın adını çəkir və onun vasitəsilə bütün həqiqətlərin Ərdoğana çatdırıldığını, Türkiyə prezidenti də bütün bunları İlham Əliyevə çatdırdığını deyir. Yalnız bundan sonra müharibənin gedişində dönüşün olduğunu bildirir. Təbiidir ki, Babək Səmidli bu söhbəti etibar etdiyi öz yaxın ətrafında olan kimləsə edib.
Bunun nə vaxtsa ictimailəşəcəyi ağlına belə gəlməzdi. Ancaq bu səs yazısından hansısa dairələr müəyyən məqsədlərə çatmaq üçün, hazırda namərdcəsinə istifadə edir.
Əsas nail olmaq istədikləri məqsəd isə Türkiyəni müharibədə birbaşa iştirak edən ölkə olduğunu sübut edib, onu zərbə altında qoymaq, regiondakı proseslərdən kənarda saxlamaqdır.
Səs yazısının Qərbdən maliyyələşən bir KİV tərəfindən ictimailəşməsi də təsadüfi deyil. Çünki bu cür dəlil hazırda Ermənistanı qanadı altına alan Qərbə hava və su kimi lazımdır.
Sübut etmək istəyirlər ki, Türkiyənin müharibədəki rolu, Azərbaycana verdiyi dəstəyin səviyyəsi müharibənin ön cəbhəsində olmuş yüksək rütbəli zabit tərəfindən səmimi etiraf edilirsə, deməli, bu həqiqətdir.
Bu səsin yayılması Azərbaycana və onun Ordusuna , əsas müttəfiqi olan Türkiyəyə qarşı açıq bir təxribatdır. Bunu edənlər mütləq mənada tapılıb cəzalanmalıdır!
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.