1091246.jpg

Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında  Bakıya gəlib. 

araz.az xəbər verir ki, “AzPolitika.info” V.Talıbovun Bakıya gəlişinin Naxçıvandakı “fırtına” ilə bağlı olduğunu yazıb. Onun Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacağı bildirilir.

Ali Məclis sədrinin Bakıya gəlişinin səbəbini dəqiqləşdirə bilib. Naxçıvandakı mənbələr saytımıza bu səfərin V.Talıbovun şəxsi təşəbbüsü ilə baş tutduğunu deyib. Onun sözlərinə görə, “xan” bağışlanılması üçün Bakıya minnətçi düşəcək. 

Mənbə bildirib ki, V.Talıbov özünün və yaxın ətrafının uzun illər ərzində qeyri-qanuni yollarla dövlət büdcəsindən oğurladığı həcmi milyardlarla dollarla ölçülən vəsaiti geri qaytarmağa hazırdır. Bunun müqabilində isə özünün və yaxın ətrafının təhlükəsizliyinə təminat istəyir. 

Naxçıvandakı məlumatlı şəxs V.Talıbovun “fırtına” səngiyəndən sonra vəzifədən könüllü getməyə hazır olduğunu da bildirib. 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.