“Hazırkı göstəriciləri nəzərə alsaq, minimum əmək haqqı 500 manat artırılmalıdır. Bu vəziyyət 400 mindən artıq minimum əmək haqqı ilə özəl sektorda çalışan, 450-500 min isə dövlət sektorunda çalışan şəxslərin maaşlarının atırılmasına gətirib çıxara bilər”.
araz.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Rəşad Həsənov BAKU.WS-ə açıqlamasında bildirib.
O əlavə edib ki, insanların ailə büdcəsinə əsas təsir edən faktor inflyasiyadır. Qısa müddətli dövrdə xərclərin strukturunun dəyişməsindən deyil, qiymətlərin artmasından narahatlıq keçiririk. Bu isə inflyasiyanın özünü sərt formada göstərməsidir:
“Nəzər almaq lazımdır ki, muzdlu çalışan əhali ən yaxşı halda 5-ci desilə (red – gəlirlərin diferensiasiya göstəricisi. Əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin gəlirləri arasındakı münasibətlə müqayisə ilə ifadə edilir) qədər gəliri olan əhalidir. Bu insanların xərclərində ərzaq məhsullarının payı daha çoxdur. Ailə büdcəsinin strukturunda ərzaq məhsullarının payının daha çox olması isə o deməkdir ki, mövcud inflyasiya təzyiqi müvafiq sosial qruplara daha sərt formada təsir göstərir.
Çünki gündəlik tələbat məhsulları daha yüksək bahalaşır və insanlar da bunu istehlak edir. İndiki şərtlər daxilində təqribi rəqəmlər qeyd etsəm deyə bilərəm ki, muzdlu gəlirlə çalışanlar, sosial təqaüd və müavinət alanların minimum 20-25 faiz gəlirləri artırılmalıdır. Bunu həm özəl, həm də dövlət sektoruna aid etmək olar”.
Ekspert hesab edir ki, hazırda əmək bazarında əsas iş verən dövlət sektoru olduğu üçün özəl sektor bu prosesi izləyir: “Azərbaycanda əmək bazarında rəqabət dövlət və özəl sektor arasında gedir, amma əsas işi götürən dövlətdir. Əmək bazarında 55-60 faiz iş dövlətin payına düşür. Dövlət əmək haqqının, müavinət və təqaüdlərin artımı il bağlı bir qərar qəbul edəcəksə, 2023-cü ilin ortalarından etibarən özəl sektora da transformasiya olunacaq.
Azərbaycan hökumətinin strategiyada qarşıya qoyduğu hədəf minimum əmək haqqını 60 faizə çatdırmaqdır. Hazırki göstəriciləri nəzərə alsaq minimum əmək haqqı 500 manat artırılmalıdır. Bu o deməkdir ki, minimum əmək haqqı 66-67 faiz artırılmalıdır. Bu, öz növbəsində təxminən 400 mindən artıq minimum əmək haqqı ilə özəl sektorda çalışan maaşlarının artırılmasına, 450-500 min isə dövlət sektorunda çalışan şəxslərin maaşlarının atırılmasına gətirib çıxara bilər”.
İstehlak səbəti ilə yola çıxmış olsaq, mövcud qiymətlərlə hesabalamalar aparsaq, təxminən 350-400 manat hər bir ailə üzvünə vəsait daxil olmalıdır ki, minimum və orta səviyyədə qidalanma, təhsil, geyim, səhiyyə xərclər qarşılanmış olsun”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.