Qərbi Azərbaycan İcması açıqlama yayıb.
araz.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, son günlər 1988-1991-ci illərdə Qərbi Azərbaycandan (Ermənistan SSR) qovulan qaçqın soydaşlarımızın Qərbi Azərbaycan İcması tərəfindən siyahıya alınması və bu prosesə yerli dövlət qurumlarının da qoşulması ictimai müzakirələrə səbəb olub.
“Media nümayəndələri ilə yanaşı qaçqınlar da icmaya çoxlu suallarla müraciət edirlər. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli bildirir ki, narahatlığa heç bir əsas yoxdur. Qərbi Azərbaycan İcması yaxın günlərdə ictimaiyyətə bu məsələ ilə bağlı geniş açıqlama verəcək” – İcma qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.