Dekabrın 14-də Bakı şəhərindəki 138 saylı məktəbdə İrəvan Gimnaziyasının 140 illik yubileyi keçirilib.
Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, İrəvan Gimnaziyasının 140 illik yubileyi qeyd edilib.Tədbirdə millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, professorlar Cəfər Cəfərov, Aslan Bayramov, Həsən Bayramov, Əyyub Əzizov, dosent Cəlal Allahverdiyev, müəllimlər, şagirdlər, qonaqlar, o cümlədən Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi iştirak ediblər.
Tədbir maraqlı çıxışlarla yadda qalıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.