maxresdefault-2022-12-16t161951_575.jpg

“Laçın-Xankəndi yolunun bağlanması ərazidəki rus sülhməramlıların ermənilərlə birgə yürütdüyü siyasətin nəticəsidir. Biz ekoloji tələbləri irəli sürmüşdük, amma ermənilər və ruslar bunu siyasi tələb kimi təqdim etməyə çalışdılar. Əslində heç bir siyasi tələb yox idi. Azərbaycan öz ərazisində özünün təbii sərvətlərinin dağıdılmasının əleyhinə çıxış edir. Bu, Azərbaycanın konstitusyon hüqudur. Konstitusiyanın 39-cu maddəsində göstərilir ki, Azərbaycanın yeraltı və yerüstü sərvətləri xalqa məxsusdur”.

araz.az   Reyting.az-a istinadən bildirir ki, bunu  professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev əlavə edib ki, Qarabağdakı ermənilərin talançılığına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunda Azərbaycanın QHT nümayəndələrinin və jurnalistlərin aksiya keçirməsi təqdirəlayiqdir.

Onun sözlərinə görə, cəmi 3 gündür yol bağlanıb və ermənilər bütün dünyaya car çəkiblər. “Amma 30 ildən çoxdur ki, ermənilər Azərbaycanın Naxçıvanla əlaqəsini kəsiblər, 450 min qardaş-bacımız blokada da qalıb. Bəs bundan niyə danışmırlar?”, – C. Nuriyev deyib.

Professor bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası çox uğurludur: “Hesab edirəm ki, aksiya davam etməlidir. Bu, həm rus sülhməramlıların iç üzünü açır, həm də Rusiyanın “saman altından su yeritmə” siyasətini dünyaya göstərir. Bu, eyni zamanda Qarabağdakı separatçı erməniləri dəstəkləyən İran, Fransa və digər dövlətlərə bir mesajdır. Bu aksiya çoxmənalı, çoxşaxəli və istiqamətlidir. Bu aksiyanı düşünən və keçirənlər sağ olsun. Bütün bunlar Azərbaycan və onun maraqları üçündür. Bu, bir daha göstərdi ki, Azərbaycan xalqı bir aradadır və dövlətinin yanındadır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.