SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib.
araz.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat verilib.
Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub. O, bu vəzifəyə 1988-ci il dekabrın 14-də təyin olunub və 1991-ci ilin 22 avqustuna qədər çalışıb. Həmin ilin avqustun 23-də SSRİ-nin Müdafiə Naziri təyin olunub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.