vilyam.jpg

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülüb.

araz.az-ın xəbərinə görə, sabiq icra başçısının cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.

Qeyd edək ki, Vilyam Hacıyev xəstəliyi ilə əlaqədar məhkəmə istintaqı dövründə Pentensiar Xidmətin müalicə müəssisəsində saxlanılıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.