Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Otel”dir.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı əslən Naxçıvandan olan ekspert Heydər Oğuz paylaşıb.
O bildirib ki, otel 2016-cı ilə qədər dövlətin nəzarətində və balansında olub:
“2016-cı ildə otel “Nəqşicahan holdinq”in mülkiyyətinə daxil olub. Otelin hansı qiymətə hərraca çıxarıldığını isə bilən yoxdur”.
Ekspert analoji “özəlləşmənin” Diaqnostika Mərkəzinə də aid edildiyini vurğulayıb:
“Bu mərkəz 100 min manata özəlləşdirilmişdi. Yəqin ki, otel bundan daha aşağı qiymətə mənimsənilib”.
Qeyd edilib ki, otellə bərabər, ətrafındakı 15 mağaza da özəlləşdirilib:
“Mənbənin sözlərinə görə, bu obyetlərin təkcə 2022-ci ildə 458 min 350 manatlıq dövriyyəsi olub və gəlirlər vergidən yayındırılıb”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.