Dekabrın 19-u axşam saatlarından dekabrın 21-i səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
araz.az-ın xəbərinə görə, bu barədə SOCAR-dan bidirilib.
“İstehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb”, – məlumatda bildirilir.
Xatırladaq ki, dekabrın 19-dan 21-dək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms,arabir 25-30 ms acıq dənizdə 33 ms qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacagı gözlənilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.