hacibala1.jpg

“Hələ də Karlson kimi damda, bacada yaşayıram. Haqqımı Hacıbala Abutalıbov kimi tapdalayıb, Azərbaycanı çapıb-talayıb, indi də gedib oturub Qaxdakı villasında, kef edir. Oğlanlarının biri Türkiyədə, biri başqa yerdə. Şeyx Əbdül Mahmudov isə “krışa”da yaşayır. Öz sahəmdə akademikəm. Xalq artistindən yuxarısı yoxdur, Xalq artistiyəm. Dövlət mükafatı heç kimə verilmir, bunu komissiya verir, işimə görə dövlət mükafatı da verilib. Əməkdar incəsənət xadimiyəm, bu, ən müqəddəs addır. “Azərbaycan Milli Kino Mükafatı” laureatı, Milli Yaradıcılıq Akademiyasının incəsənət doktoru, Prezidentin fərdi təqaüdçüsüyəm. Bu qədər titulum ola-ola, qalmışam küçələrdə. Bu, nə yanaşmadır, nə olan şeydir? Yaxşı, necə olur ki, bu məmurlar hər yerdə olurlar, hər şeyləri var, mən isə “krışa”da yaşayıram?”

araz.az  bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti Əbdül Mahmudov deyib.

O, bir sıra problemlərindən söz açıb: “Halal, qanuni evimi Hacıbala Abutalıbov kimi xəstə buldozerin ağzına verdi. Ev də orada yarımçıq qalıb. On ildir, camaatdan pulu alıb, yalançı çıxarış verib. Başım çıxmır bu Abutalıbov kimdir? Borca pul götürüb, dərman alıram, aldığım dərmanın da keyfiyyəti yoxdur. Məni müalicə edən həkim deyir ki, Bakı apteklərindən dərman alma. Axı bu nədir? Səksən yaşında kişi Şeyx Əbdül Mahmudov suyu piləyə-piləyə içir. Heç bir günahı yox, xidmətləri də göz qabağındadır. Qalmışam qarğa kimi, göyərçin kimi damda. Xəstə adamam, soyuqdan donuram. Ya mənim evimi təmir etsinlər, ya da verdikləri “krışa”nı özlərinə qaytarım, mənə ev versinlər. Bakı şəhərində mənim evim olmalıdır. Şəhərin mərkəzindəki gül kimi evimi dağıdıblar. Görüm, evləri dağılsın…”

Xalq artisti ölkə daxilində bir sıra sosial məsələlərə də toxunub: “Bu, birinci haqsızlıq deyil ki. Mətbuatda hallandırırlar ki, gömrükdə 20 milyard yeyilib, dövlətdən 20 milyard oğurlanıb. O 20 milyard hara getdi? Gömrükdən tutduğunuz pulu YAŞAT Fonduna verin. Bəs o pullar hara, kimə gedir?  Bunlardan danışmaq lazımdır. İcra başçılarından milyonlar tutulub. Camaatın gözü qarşısında bağlamalarda pullar göstərdilər. Hanı o pullar? Bax, bəlli olur ki, belə iyrənc, çirkab pullar kimlərinsə cibinə axır. Saxlanılanların axırı nə olacaq, bu, dövlətin, istintaq orqanlarının işidir. Yaxşı, bəs o pullar ki xalqdan oğurlanıb, hanı?”

araz.az xəbər portalı.

araz.az xəbər portalı.